Yeni təmayül tədris modeli məktəblərdə işləmək istəyən müəllimlərin NƏZƏRİNƏ - FOTO

Hazırda oxunan: Yeni təmayül tədris modeli məktəblərdə işləmək istəyən müəllimlərin NƏZƏRİNƏ - FOTO

631561

Yeni təmayül tədris modeli tətbiq olunan ümumi təhsil müəssisələrində çalışmaq istəyən müəllimlərin müsahibəsi davam edir.

Bakı Şəhər Təhsil İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, müsahibələrə yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumi təhsil müəssisələrində fəaliyyət göstərən, həmçinin paytaxtın digər ümumi təhsil məktəblərində çalışan müəllimlər SMS vasitəsilə dəvət olunur.

Bildirilib ki, müsahibələr Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, ingilis dili, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilir.

Müsahibələr zamanı namizədlərin peşəkar bilik və bacarıqları, pedaqoji fəaliyyət göstəriciləri, eləcə də tədrisin keyfiyyətinə təsir edən digər meyarlar üzrə səriştələri müvafiq komissiyalar tərəfindən qiymətləndirilir.

Müsahibədə uğur qazanan müəllimlərə SMS vasitəsilə bildiriş göndəriləcək.
 

Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X-XI sinifləri üçün nəzərdə tutulan yeni təmayül tədris modeli üzrə şagird və müəllimlərin qeydiyyat prosesi də davam edir. Hazırki dövrədək qabaqcıl pedaqoji təcrübəyə malik 5000-dən çox müəllim müsahibə mərhələsində iştirak üçün müraciət edib.


Xatırladaq ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin