İrana məxsus iki dron İraq Kürdüstan regionunun Baş naziri Məsrur Bərzaninin ofisini Ərbil əyalətinin Pirmam rayonundakı ofisini və təhlükəsizlik rəisinin iqamətgahını vurub.
Bizim.Media xəbər verir ki, bu barədə “Rudaw” məlumat yayıb.
Ölən və ya yaralananlar barədə məlumat yoxdur.
Yerli hakimiyyət orqanları hücumu "tamamilə qəbuledilməz" adlandırıb. Onlar həmçinin qeyd ediblər ki, hücumu həyata keçirənlər nəticələrə görə məsuliyyət daşıyacaqlar.
Məsrur Bərzani də özünün “X” hesabında hadisənin baş verməsini təsdiqləyib.
Bizim.Media

































































































