Bu ilin yanvar-iyul aylarında Azərbaycan 807 milyon 429 min ABŞ dolları dəyərində 41 min 105 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 31,05 % və 35,17 % azdır.
Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 40,3 % artaraq 428 ədəd (63,709 milyon ABŞ dolları dəyərində), əsasən adam daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 37,7 % azalaraq 36 169 ədəd (660,018 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 3 837-i (80,899 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 6 684-ü (192,789 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 596-sı (15,475 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 63,1 %, ikincinin 65,8 %, üçüncünün isə 49,5 % azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 13,5 % azalaraq 4 116 ədəd (36,723 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 33,8 % artaraq 392 ədəd (46,979 milyon ABŞ dolları dəyərində) olub.
Bizim.Media
































































































