General-mayor Abbasəli Novruzov dəfn edildi -FOTO

Hazırda oxunan: General-mayor Abbasəli Novruzov dəfn edildi -FOTO

631554

Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov dəfn edilib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, dəfndə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyev, mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Abbasəli Novruzov dünən səhər saatlarında 89 yaşında dünyasını dəyişib.

Abbasəli Novruzov 1994-cü il aprelin 8-də Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin