BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

Hazırda oxunan: BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

629547

2026-cı ilin mart ayından bəri İranda edam hökmlərinin sayının artması narahatlıq doğurur və ölüm hökmü əhali arasında qorxu yaratmaq və narazılığı yatırmaq üçün istifadə olunmağa davam edir.

Bizim.Media xəbər verir ki, bunu BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk bəyanatında bildirib.

Onun sözlərinə görə, martın 19-dan bəri İranda milli təhlükəsizliklə bağlı ittihamlarla ən azı 56 nəfər edam edilib.

BMT-nin İnsan Hüquqları üzrə ali komissarı əlavə edib ki, oxşar ittihamlarla 100-dən çox vətəndaş edam olunmaq riski ilə üzləşib və narkotiklə bağlı işlərdə ölüm hökmlərinin icrası narahatlıq doğuran templə davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin