Böyük Britaniyanın müdafiə naziri Kiyevdədir

Hazırda oxunan: Böyük Britaniyanın müdafiə naziri Kiyevdədir

629544

Böyük Britaniyanın müdafiə naziri Uez Stritinq Kiyevə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın "Obşestvennoye. Novosti" nəşri məlumat yayıb.

Səfər çərçivəsində Stritinqin Ukrayna Prezidenti Volodimir Zelenski, həmçinin ölkənin müdafiə naziri Yevgeni Xmara ilə görüşü nəzərdə tutulub.
 

Ukrayna mediasına verdiyi şərhdə Stritinq sentyabr ayında “Ramşteyn” qrupunun iclasını çağırmaq istədiyini bəyan edib.


"Ramşteyn formatı" Ukraynaya hərbi yardımın operativ şəkildə əlaqələndirilməsi və təmin edilməsi üçün 50-dən çox dövləti (bütün NATO ölkələrini, Aİ ölkələrinin əksəriyyətini və digər regionlardan olan müttəfiqləri) birləşdirən Ukraynanın Müdafiəsi üzrə Beynəlxalq Təmas Qrupudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin