Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Kiyev və ətrafına endirdiyi son raket və pilotsuz uçuş aparatı zərbələrini kəskin pisləyib.
Bizim.Media xəbər verir ki, Makron sosial şəbəkədə paylaşdığı bəyanatda Moskvanı dinc əhalini hədəfə almaqda ittiham edib.
"Rusiya növbəti dəfə Kiyev və onun ətrafında mülki şəxsləri hədəf seçib. Raket və dronlarla həyata keçirilən bu terror siyasəti qəbuledilməzdir", – deyə Fransa lideri bildirib.
Makron vurğulayıb ki, hər yeni hücum Rusiyanın təcavüzünə görə cavab verməli olduğunu bir daha göstərir.
"Rusiya öz təcavüzünə görə bədəl ödəməli və törətdiyi cinayətlərə görə cavab verməlidir. Ukrayna ilə birlikdə nə yorğunluğa, nə də təhdidlərə boyun əyəcəyik", – deyə o qeyd edib.
Fransa Prezidenti əlavə edib ki, Avropa İttifaqı və tərəfdaş ölkələr Rusiyaya qarşı təzyiqi, o cümlədən yeni sanksiyalar vasitəsilə artırmağa davam edəcək. Bununla yanaşı, Ukraynanın özünü və əhalisini müdafiə edə bilməsi üçün hərbi dəstəyin də gücləndiriləcəyi vurğulanıb.

Bizim.Media

- A-
- A
- A+
Dünya
17:54 / 05.08.2026
Makron: "Rusiya öz cinayətlərinə görə cavab verməlidir" – FOTO
Hazırda oxunan: Makron: "Rusiya öz cinayətlərinə görə cavab verməlidir" – FOTO
Hazırda oxunan: Makron: "Rusiya öz cinayətlərinə görə cavab verməlidir" – FOTO
629506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































