Zelenski tərəfdaş ölkələrdən şikayət etdi: “Bizə raket göndərmirlər, gözləyirlər ki…”

Hazırda oxunan: Zelenski tərəfdaş ölkələrdən şikayət etdi: “Bizə raket göndərmirlər, gözləyirlər ki…”

629488

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, 2026-cı ilin ilk yarısında Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri üçün raketlərin tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə azalıb.

Bizim.Media xəbər verir ki, Zelenskinin sözlərinə görə, bu il tərəfdaş ölkələrdən, xüsusilə ballistik raketlərə qarşı müdafiə vasitələrinin tədarükü əhəmiyyətli dərəcədə azalıb.
 

"Raketlər tərəfdaş ölkələrin arsenalında mövcuddur. Lakin onların Ukraynaya göndərilməsi üçün müvafiq siyasi qərarlar qəbul edilməli, həmçinin istehsal prosesləri, o cümlədən istehsalın Ukrayna ərazisində lokallaşdırılması sürətləndirilməlidir", – deyə Ukrayna lideri vurğulayıb.


Zelenski qeyd edib ki, tədarükdəki azalma təkcə yay aylarına deyil, 2026-cı ilin ilk altı ayına da aiddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin