ABŞ-ın Florida ştatında fəaliyyət göstərən C.L.A.S.S. Soirée Steakhouse restoranı müştərilərinə tamamilə çılpaq halda şam yeməyi yemək imkanı təqdim edib.
Bizim.Media xəbər verir ki, Hollivud şəhərində yerləşən restoranda bu format hər ayın ilk bazar ertəsi keçirilir.
Restoranın sahibi və baş aşpazı Morad Əli bildirib ki, ideya əvvəllər müəssisəni nahar üçün icarəyə götürən naturistlər qrupundan sonra yaranıb. Güclü rəqabət şəraitində fərqlənmək üçün bu görüşləri daimi formatda təşkil etmək qərarına gəlib.
Onun sözlərinə görə, bu tədbirlərdə maksimum 20 nəfər iştirak edə bilər. Qonaqlara qəlyanaltılar, ət və dəniz məhsullarından ibarət əsas yemək, həmçinin bir qədəh şampan təqdim olunur.
Restoranda qiymətlər isə qonaqların statusuna görə dəyişir:
Kişilər üçün – 250 dollar;
Qadınlar üçün – 150 dollar;
Cütlüklər üçün – 300 dollar.
Şəhər rəhbərliyi restoranın fəaliyyətində qanun pozuntusu olmadığını açıqlayıb. Bildirilib ki, bütün xidmət personalı geyimdə çalışdığı üçün tədbir mövcud qaydalara uyğundur.
Gigiyena məqsədilə qonaqlara stul üçün xüsusi yastıq, dizlərini örtmək üçün kiçik dəsmal və xalat verilir. Lakin restoran sahibinin sözlərinə görə, iştirakçıların əksəriyyəti xalatdan istifadə etmir.
Morad Əli qeyd edib ki, qeyri-adi format qısa müddətdə böyük maraq qazanıb və restorana gələnlərin sayı artıb.
Bizim.Media
































































































