Rusiya tərəfində döyüşən 51 ölkə vətəndaşı əsir götürülüb - Ombudsman

Hazırda oxunan: Rusiya tərəfində döyüşən 51 ölkə vətəndaşı əsir götürülüb - Ombudsman

629373

Ukraynada Rusiya ordusunun tərəfində döyüşən 51 ölkənin vətəndaşı əsir götürülüb. Bu fakt əcnəbilərin müharibədə iştirakının miqyasını göstərir.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Ali Radanın insan hüquqları üzrə komissarı, ombudsman Dmitri Lubinets “Telegram” səhifəsində məlumat verib.

Lubinetsin Ukraynanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin illik görüşündə vurğuladığı mövzulardan biri də əcnəbilərin Rusiya tərəfində müharibədə iştirakı olub.

“Əlli bir ölkədən olan əcnəbilər Ukraynada rus ordusunda döyüşərkən əsir götürülüblər. Məhz buna görə Rusiya tərəfində müharibədə iştirakın real hüquqi nəticələri barədə dünya ilə dürüst və açıq danışmaq vacibdir”, - deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin