Hindistana məxsus "Faize Noore Oliya" yük gəmisi hücuma məruz qaldıqdan sonra Yəmənin ərazi suları yaxınlığında çevrilərək batıb.
Bizim.Media xəbər verir ki, bu barədə Hindistanın gəmiçilik naziri Sarbananda Sonoval öz "X" hesabında məlumat paylaşıb.
Qırmızı dənizdə partlayıcı yüklü katerin hücumuna məruz qalan gəminin 14 heyət üzvünün hamısı (o cümlədən 13 hindistanlı və 1 yəmənli) Yəmən Sahil Mühafizəsi tərəfindən xilas edilib.
Hazırda dənizçilər təhlükəsiz şəkildə Moxa limanına gətiriliblər.
Hindistan tərəfi müdafiəsiz mülki gəmiyə qarşı törədilən bu əsassız hücumu kəskin şəkildə pisləyib.
Bizim.Media







































































































