Pakistan ABŞ və İran arasında gizli diplomatik vasitəçilik edir

Hazırda oxunan: Pakistan ABŞ və İran arasında gizli diplomatik vasitəçilik edir

629207

Pakistan ABŞ ilə İran arasında gərginliyin azaldılması üçün pərdəarxası diplomatik səylərini davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə The Guardian yüksəkvəzifəli pakistanlı rəsmiyə istinadən məlumat yayıb.
 

Belə ki, Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir ABŞ-ın vitse-prezidenti Cey Di Vens, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə müntəzəm təmas saxlayır.


Bildirilir ki, bu danışıqların əsas məqsədi Vaşinqton və Tehran arasında gərginliyin daha da artmasının qarşısını almaqdır. Bununla belə, nəşrin qeyd etdiyi kimi, aparılan diplomatik səylərə baxmayaraq, tərəflər arasında hələlik ciddi irəliləyiş əldə olunmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin