Ötən ay Rusiyanın əsas hədəfi Kiyev olub

Hazırda oxunan: Ötən ay Rusiyanın əsas hədəfi Kiyev olub

628852

AFP agentliyinin məlumatına görə, Rusiya iyul ayında Ukraynaya rekord sayda – 376 raket buraxıb. Əsas hədəf Kiyev olub.

Bizim.Media xəbər verir ki, agentliyin hesablamalarına əsasən, bu göstərici iyun ayı ilə müqayisədə iki dəfədən də çoxdur.

Zərbələrin böyük hissəsi məhz Ukraynanın paytaxtına yönəlib.

 

AFP qeyd edir ki, əsas problem ballistik raketlər olaraq qalır. Belə ki, yalnız iyul ayında Rusiya 126 ballistik raketdən istifadə edib. Halbuki 2024-cü ilin bütün dövrü ərzində bu tip raketlərin sayı təxminən 200-300 olub.

 

Agentliyin hesablamalarına görə, Ukrayna bu raketlərin üçdə birindən də azını zərərsizləşdirə bilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin