“Alfa” xüsusi təyinatlı qrupunun veteranı Sergey Qonçarov bildirib ki, restorana girişdə içərisində əldəqayırma partlayıcı qurğu olan qutunu yoxlayan mühafizəçi sayəsində daha böyük faciənin qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, Qonçarov bu barədə TASS-a danışıb:
“Sağ qalanlar həmin mühafizəçiyə – vəzifəsini yerinə yetirən və qutunu yoxlayan vətəndaşımıza minnətdar olmalıdırlar”.
Rusiya Milli Antiterror Komitəsinin Moskvanın Kudrinskaya meydanındakı restoranda baş verən partlayışla bağlı yaydığı əsas məlumatlara əsasən restoranda əldəqayırma partlayıcı qurğunun partladılması baş verib.
Bombanı restorana keçirməyə çalışan qadın hadisə zamanı ölüb.
Üç ölən şəxsdən biri partlayıcı qurğu ilə gələn qadını restorana buraxmayan mühafizəçi olub.
Üçüncü ölən şəxs restoranın ziyarətçilərindən biri olub.
Partlayış nəticəsində 21 nəfər yaralanıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:16 / 02.08.2026
Moskvada mühafizəçinin hərəkəti çoxsaylı insan tələfatının qarşısını alıb – “Alfa” veteranı
Hazırda oxunan: Moskvada mühafizəçinin hərəkəti çoxsaylı insan tələfatının qarşısını alıb – “Alfa” veteranı
Hazırda oxunan: Moskvada mühafizəçinin hərəkəti çoxsaylı insan tələfatının qarşısını alıb – “Alfa” veteranı
628851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































