ABŞ bankı “Trump Organization” şirkətinin hesablarını bağladı - SƏBƏB

Hazırda oxunan: ABŞ bankı “Trump Organization” şirkətinin hesablarını bağladı - SƏBƏB

628839

ABŞ-ın “Capital One Financial” bankı cümə günü məhkəmədə “Trump Organization” şirkətinin iddiasına qarşı çıxış edərək bildirib ki, şirkətin bank hesablarının bağlanması qərarı çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə mütəxəssislərin apardığı yoxlamadan sonra qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu, bankın Donald Tramp ailəsinin biznesinə xidmətlərin dayandırılmasını maliyyə nəzarəti prosedurları ilə rəsmi şəkildə əlaqələndirdiyi ilk haldır.

Capital One məhkəmədən iddianın rədd edilməsini tələb edir. Bank “Trump Organization” şirkətinin hesabların siyasi və ya dini səbəblərə görə bağlandığı barədə iddialarını rədd edir.

 

Bank eyni zamanda vurğulayıb ki, heç vaxt “Trump Organization” şirkətini birbaşa çirkli pulların yuyulmasında ittiham etməyib. Məhkəməyə təqdim olunan sənəddə qeyd olunur ki, hesabların bağlanması bankın siyasətinə və tənzimləyici orqanların tələblərinə uyğun olaraq Capital One-ın çirkli pulların yuyulmasına qarşı mübarizə komandası tərəfindən aparılan “bir neçə aylıq təhlil və hərtərəfli yoxlamanın” nəticəsi olub.

 

Capital One 2021-ci ilin martında “Trump Organizatio”n ilə əlaqəli 300-dən çox hesabın bağlanacağını açıqlamışdı.

2025-ci ilin martında “Trump Organization” və ABŞ prezidentinin oğlu Erik Tramp Florida federal məhkəməsinə müraciət edərək iddia etmişdilər ki, bank hesab xidmətlərini 6 yanvar 2021-ci il Kapitolidəki iğtişaşlardan sonra yaranmış siyasi vəziyyətdən istifadə etmək və “ideoloji baxışlarına” görə dayandırıb.

Bank isə cümə günü verdiyi açıqlamada bu ittihamları əsassız adlandırıb və onların sənədlərdən ayrı-ayrı ifadələrin ümumi kontekstdən çıxarılması əsasında qurulduğunu bildirib.

 

Capital One-ın versiyasına görə, aşkarlanan əməliyyat xüsusiyyətləri ABŞ tənzimləyici qurumlarının çirkli pulların yuyulmasına qarşı qanunvericilik çərçivəsində yoxlanılmasını tövsiyə etdiyi əməliyyat növlərinə aid olub.


Siyasi səbəblərlə bank xidmətlərinin məhdudlaşdırılması məsələsi Trampın ikinci prezidentliyi dövründə mübahisəli mövzulardan birinə çevrilib. 2025-ci ilin avqustunda Tramp onun sözlərinə görə, bank xidmətlərinin ayrı-seçkilik əsasında dayandırılmasını qadağan edən fərman imzalayıb.

Bundan əvvəl Tramp oxşar əsaslarla JPMorgan Chase bankına qarşı da məhkəmə iddiası qaldırmışdı.

2019-cu ildə isə, ilk prezidentliyi dövründə, demokratların başladığı araşdırma çərçivəsində Capital One və Deutsche Bank-ın onun maliyyə sənədlərini Konqresə təqdim etməsinin qarşısını almaq üçün məhkəməyə müraciət etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin