Venesuelanın xəritəsini növbəti dəfə "51-ci ştat" yazısı ilə paylaşdı

Hazırda oxunan: Venesuelanın xəritəsini növbəti dəfə "51-ci ştat" yazısı ilə paylaşdı

628812

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp növbəti dəfə özünün “Truth” sosial media hesabında üzərində Venesuelanın xəritəsi və "51-ci ştat" yazısı olan şəkil paylaşıb.

Bizim.Media xəbər verir ki, həmin şəkildə Bolivar Respublikasının ərazisi ABŞ-ın bayrağının rəngləri ilə rənglənib.

Qeyd edək ki, Donald Tramp əvvəllər də oxşar şəkillər paylaşıb. O, dəfələrlə Venesuela, Kanada və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ehtimalını müzakirə edib.

Bu il yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi hədəflərə hücum edib, Prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores tutularaq ABŞ-yə aparılıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin