İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Hazırda oxunan: İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

628780

Fələstinin radikal HƏMAS hərəkatının silah saxladığı iddia edilən Qəzzadakı beş silah anbarına zərbələr endirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) "Telegram" kanalında məlumat yayıb. 

Pres-relizə əsasən, hücum avqustun 1-nə keçən gecə baş verib. Anbarlarda Kalaşnikov avtomatları, partlayıcı qurğular, tankəleyhinə qumbaraatanlar, döyüş sursatları və əlavə hərbi təchizat saxlanılıb.
 

SAXAL-ın qənaətinə görə, bu silahlar İsrail ilə HƏMAS arasında Qəzzadakı nəzarət zonasını ayıran "sarı xətt" rayonundakı hərbçilərə və dinc sakinlərə zərbələr endirmək üçün nəzərdə tutulub.


Ölkənin Müdafiə Ordusunun məlumatına görə, hərəkat üzvləri Dair əl-Balah şəhərindəki xəstəxanadan sığınacaq kimi istifadə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin