Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

Hazırda oxunan: Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

628763

ABŞ lideri Donald Tramp bəyan edib ki, 2029-cu ilin yanvarında başa çatacaq prezidentlik müddətinin sonunadək Qrenlandiya ABŞ-nin nəzarətinə keçə bilər. 

Bizim.Media xəbər verir ki, o, öz planlarını "Real America"ya verdiyi müsahibəsində açıqlayıb.

Tramp aparıcının onun Ağ Ev rəhbəri vəzifəsindən gedəcəyi vaxtadək adanın ABŞ-nin nəzarəti altında ola biləcəyi barədə ehtimalı ilə razılaşıb.

Prezident vurğulayıb ki, Qrenlandiya Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, iyulun 8-də Tramp bəyan etmişdi ki, ABŞ "dünyanı qorumaq üçün" Qrenlandiyaya çox ehtiyac duyur, Danimarkaya isə bu ada lazım deyil.

O qeyd edib ki, İkinci Dünya müharibəsi (1939–1945-ci illər) zamanı Danimarka nasistlər tərəfindən işğal edildikdən sonra ABŞ adanı öz mühafizəsinə götürüb, lakin sonra "ağılsızlıq edərək" onu geri qaytarıb. Tramp vurğulayıb ki, Amerika dövləti bunu etməməli idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin