ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

Hazırda oxunan: ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

628762

İsrailin Baş naziri Benyamin Netanyahu Ukraynaya "Dəmir Qübbə" hava hücumundan müdafiə (HHM) kompleksinin verilməsini bloklayıb və hazırda ABŞ-nin digər hərbi resurslarını əldə etmək üçün Kiyevlə rəqabət aparır. 

Bİzim.Media xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
 

Materialda qeyd olunur ki, 2023-cü ildə senator Lindsi Qrem "Dəmir Qübbə" HHM sisteminin Ukraynaya tədarükünə dəstək ifadə etsə də, Netanyahu birgə istehsal haqqında razılaşmanın şərtlərinə istinad edərək komplekslərin verilməsini əngəlləyib.


Həmin razılaşmaya əsasən, sözügedən batareyaların pulu ABŞ tərəfindən ödənilməsinə baxmayaraq, İsrail sistemin istifadəsi ilə bağlı son qərarı vermək hüququna malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin