ABŞ hökuməti "Patriot" zenit-raket kompleksləri üçün raketlərin istehsalı üzrə lisenziyaları heç kimə ötürməyib.
Bizim.Media CNN-ə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Nazirlər Kabinetinin iclası zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, ABŞ lisenziyaların Ukraynaya ötürülməsinə razılıq verməyib.
O, Ağ Evdə bu məsələnin müzakirə olunduğunu təsdiqləsə də, bu cür texnologiyaları digər ölkələrə ötürməyin "çətin" olduğunu vurğulayıb.
"Və mən belə bir şeyin nə vaxtsa baş verdiyini düşünmürəm. Lakin texnologiyaları ötürdüyünüz insanlar bir gün sizə qarşı hərəkət etməyə başlaya bilərlər. Bu, mümkündür", — deyə amerikalı lider bildirib.
İyulun 31-i səhər saatlarında Tramp Birləşmiş Ştatların Ukraynaya "Patriot" sistemləri üçün sursat istehsalı lisenziyasını verib-verməyəcəyinə əmin olmadığını bəyan edib. Prezident vurğulayıb ki, Vaşinqton müəyyən dərəcədə ehtiyatlılıq nümayiş etdirməlidir, çünki bu, çox qeyri-adi bir silahdır.
Bizim.Media



































































































