İtaliyanın Baş naziri Corca Meloni İspaniyanın muxtar şəhəri Seutada qeyri-qanuni miqrant axını səbəbindən Romanın Madrid ilə Şengen razılaşmasının fəaliyyətini dayandırmağa hazır olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, o bu barədə sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, Seutadakı vəziyyət nəzarətsiz qeyri-qanuni miqrasiyanın Avropa sərhədlərinin təhlükəsizliyi üçün təhdid yaratdığını göstərir.
Qeyd edək ki, daha əvvəl İspaniya KİV-ləri son bir həftə ərzində Mərakeşdən Seutaya 1,5 mindən çox miqrantın gəldiyini bildirib. Miqrasiya böhranı fonunda İspaniya hakimiyyəti təhlükəsizlik tədbirlərini gücləndirmək üçün muxtar şəhərə hərbçilər göndərib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:08 / 31.07.2026
Meloni İspaniyanı HƏDƏLƏDİ: “Şengen rejimini dayandırmağa hazırıq”
Hazırda oxunan: Meloni İspaniyanı HƏDƏLƏDİ: “Şengen rejimini dayandırmağa hazırıq”
Hazırda oxunan: Meloni İspaniyanı HƏDƏLƏDİ: “Şengen rejimini dayandırmağa hazırıq”
628570
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































