Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

Hazırda oxunan: Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

628493

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Pakistan Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, tərəflər regiondakı son hadisələri, o cümlədən Qırmızı dənizdəki və Yəmən sahillərində yerləşən Babül-Məndəb boğazı bölgəsindəki vəziyyəti müzakirə ediblər.
 

Danışıqlar regionda davam edən gərginlik fonunda baş tutub. Pakistan xarici siyasət idarəsinin məlumatına görə, iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edən Yəmən husilərinin hərəkətlərinin fəsadları müzakirə olunub.


Husilərin bu addımı Hörmüz boğazının qapadılmasından sonra Qırmızı dənizə yönəldilən neft tədarükünü iflic edib. Həmçinin husilərin Babül-Məndəb boğazından keçən gəmilər üçün keçid rüsumu tətbiq edə biləcəyi barədə xəbərlər də diqqət mərkəzində olub.

Bundan əlavə, nazirlər Fələstindəki və işğal olunmuş İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə etmək məqsədilə ərəb və islam ölkələrinin görüşünün keçirilməsi barədə İordaniyanın irəli sürdüyü təşəbbüsü alqışlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin