"Telegram"ın təsisçisi Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Durovun adı Rusiya Maliyyə Monitorinqi Xidmətinin (Rosfinmonitorinq) terrorçular və ekstremistlər reyestrində yer alıb.
Qanunvericiliyə əsasən, banklar bu siyahıya daxil edilmiş şəxslərin vəsaitlərini dondurur və xidməti dayandırır.
Qeyd edək ki, daha əvvəl Rusiya Federal Təhlükəzislik Xidmətindən bildirilib ki, P.Durova terror fəaliyyətinə kömək etmək ittihamı irəli sürülüb, çünki "Telegram" messencerinin administrasiyası Rusiyada terror aktlarının və təxribatların koordinasiyası üçün istifadə olunan kanalları və botları silmir. O, beynəlxalq axtarışa verilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:41 / 30.07.2026
Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi
Hazırda oxunan: Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi
Hazırda oxunan: Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi
628435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































