İraqlı nazir Ərdoğanla görüşdə müqaviləni BUNA GÖRƏ imzalamayıb – SENSASİON DETALLAR - VİDEO

Hazırda oxunan: İraqlı nazir Ərdoğanla görüşdə müqaviləni BUNA GÖRƏ imzalamayıb – SENSASİON DETALLAR - VİDEO

628408

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın baş naziri Əli əz-Zeydinin birgə mətbuat konfransı zamanı sənədlərin imzalanması mərasimində gərgin anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, "İnkişaf Yolu" layihəsi çərçivəsində sazişlərin imzalanması zamanı İraqın nəqliyyat naziri Vəhb Səlman əl-Həsəni gərginlik yaradıb.

Mərasim zamanı İraq nəqliyyat naziri nəqliyyat sazişini imzalamaqdan imtina edib.

Vəziyyəti görən Ərdoğanın “Beş müqavilə deyildi?” sözlərindən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan məsələyə müdaxilə edib.

İddialara görə, İraqın baş naziri Zeydi naziri ilə danışaraq onu sənədi imzalamağa məcbur edib.

Aparılan danışıqlardan sonra Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə İraqın nəqliyyat naziri Vəhb Səlman Məhəmməd arasında nəqliyyat sahəsində iki müqavilə imzalanıb.

Məlumata görə, İraqın nəqliyyat naziri Vəhb Səlman əl-Həsəninin İrana yaxınlığı ilə tanınan Şiə Koalisiyası və "Bədir Təşkilatı" silahlı qruplaşmasına bağlı olduğu bildirilir.

İran öz maraqlarına mənfi təsir göstərəcəyi əsası ilə "İnkişaf Yolu" layihəsinə qarşı çıxır. Nazirin də məhz bu səbəbdən imza atmaqdan boyun qaçırdığı vurğulanır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin