Paşinyan Lukaşenkonun "Ermənistan kimə lazımdır?" sualına 2 ildən sonra CAVAB VERDİ

Hazırda oxunan: Paşinyan Lukaşenkonun "Ermənistan kimə lazımdır?" sualına 2 ildən sonra CAVAB VERDİ

628403

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan həm ABŞ, həm Çin, həm də Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşdır.

Bizim.Media xəbər verir ki, Paşinyan bunu Belarus Prezidenti Aleksandr Lukaşenkonun vaxtilə səsləndirdiyi "Ermənistan kimə lazımdır?" fikrinə cavab olaraq deyib.

Baş nazir qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü olan TRIPP ("Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu") layihəsi region ölkələrini birləşdirəcək iri iqtisadi və infrastruktur layihəsidir. Onun sözlərinə görə, layihə Fars körfəzindən Qara dənizə qədər Azərbaycan, İran, Ermənistan və Gürcüstan üzərindən dəmir yolu əlaqəsinin qurulmasına imkan verəcək.

Paşinyan vurğulayıb ki, layihənin əsas maneəsi regional qeyri-sabitlikdir və sabitliyin tezliklə bərpa olunacağına ümid etdiyini bildirib.

O, həmçinin Ermənistanın İran və ABŞ arasında vasitəçi rolunu üzərinə götürmək niyyətində olmadığını deyərək, ölkəsinin böyük dövlətlər arasındakı münaqişələrə qarışacaq qədər iddialı olmadığını söyləyib.

Lukaşenkonun "Ermənistan kimə lazımdır?" sualına cavab verən Paşinyan isə deyib:

"İndi bu sualın cavabını veririk: Ermənistana Çin, ABŞ, Avropa İttifaqı və İranın ehtiyacı var. Eyni zamanda bütün bu tərəfdaşlar da Ermənistan üçün vacibdir."

Qeyd edək ki, Aleksandr Lukaşenko 2024-cü ilin avqustunda verdiyi müsahibədə "Ermənilər bizdən başqa heç kimə lazım deyil" fikrini səsləndirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin