Züqanov: Reyxstaqın divarlarında bir dənə də olsun nalayiq ifadə olmayıb – VİDEO

Hazırda oxunan: Züqanov: Reyxstaqın divarlarında bir dənə də olsun nalayiq ifadə olmayıb – VİDEO

628350

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov Berlin və Reyxstaqa ilk səfəri zamanı gördüklərindən danışıb.

Bizim.Media xəbər verir ki, Züqanovun sözlərinə görə, Berlini ələ keçirən sovet qoşunlarının tərkibində hər 10 nəfərdən yeddisi müəllim və ya sovet məktəblərinin direktoru olub.

O bildirib ki, Reyxstaqın sütunları üzərində yazılmış qeydlər arasında bir dənə də nalayiq ifadə olmayıb.

“Berlinə və Reyxstaqa ilk dəfə gedəndə sadəcə heyrətə gəldim. Berlini bizim qoşunlar almışdı. On nəfərdən yeddisi müəllim və ya sovet məktəblərinin direktoru idi. Reyxstaqın sütunlarında bir dənə də söyüş sözü yazılmamışdı. Faşistlər buna sadəcə heyrətə gəlmişdilər”, – deyə Züqanov bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin