Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

Hazırda oxunan: Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

628332

ABŞ və Fransanın kəşfiyyat xidmətləri Ukraynanın Rusiya ərazisinə endirdiyi uzaqmənzilli zərbələr üçün hədəflərin müəyyənləşdirilməsində iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Amerika və Fransa kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinə hədəflərin seçilməsi, hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi mövqelərin qiymətləndirilməsi və pilotsuz uçuş aparatlarının Rusiya ərazisinin dərinliklərindəki obyektlərə çatması üçün marşrutların müəyyənləşdirilməsində kömək göstərib.
 

Ukraynalı rəsmilərin sözlərinə görə, əldə olunan kəşfiyyat məlumatları prioritet hədəflərin seçilməsini xeyli təkmilləşdirib. Keçmiş müdafiə naziri Andrey Zaqorodnı bildirib ki, Rusiyaya vahid sistem kimi yanaşmaq kritik obyektlərin müəyyən edilməsinə imkan verir. Əsas hədəfə zərbə endirmək mümkün olmadıqda isə ehtiyat hədəflərə keçilir.


Məlumata görə, iyul ayında Ukrayna ilk dəfə olaraq təkcə enerji infrastrukturunu deyil, həm də Wildberries marketpleysinin anbarlarını hədəfə alıb. Son bir neçə həftə ərzində şirkətin ümumi sahəsi təxminən 860 min kvadratmetr olan səkkiz anbarına zərbələr endirilib. Ən böyük zərər Moskva vilayətinin Elektrostal şəhərində yerləşən anbara dəyib.
 

Financial Times yazır ki, Ukrayna neft emalı müəssisələrinə qarşı taktikasını da dəyişib. Kütləvi hücumlar əvəzinə əsas diqqət fəaliyyəti dayandıra biləcək kritik avadanlıqların sıradan çıxarılmasına yönəldilir. Bunun üçün pilotsuz aparatların heyətinə mühəndislər və sahə üzrə mütəxəssislər məsləhətlər verir.


Nəşr qeyd edir ki, bu taktika nəticəsində iyul ayında Rusiyanın bir sıra iri neft emalı zavodları fəaliyyətini dayandırıb. Energy Intelligence şirkətinin qiymətləndirməsinə əsasən, Rusiyada gündəlik neft emalı həcmi iyul ayında 3,58 milyon barrelə qədər enib ki, bu da 2002-ci ildən bəri ən aşağı göstəricilərdən biri hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin