Polşada Avropanın ən hündür Məryəm heykəli ucaldıldı

Hazırda oxunan: Polşada Avropanın ən hündür Məryəm heykəli ucaldıldı

628322

Polşanın Konotope kəndində Avropanın ən hündür Məryəm Anaya həsr olunmuş heykəli inşa edilib. Hündürlüyü 55 metr olan abidənin tikintisinə təxminən 23,1 milyon avro (100 milyon zlotı) xərclənib.

Bizim.Media xəbər verir ki, layihənin müəllifi Polşanın tanınmış milyarderi, Boryszew sənaye holdinqinin təsisçisi Roman Karkosikdir.

75 yaşlı iş adamı Konotope kəndinin yaxınlığındakı XVIII əsrə aid bərpa olunmuş sarayda yaşayır.

Nəhəng abidənin rəsmi açılışı və xeyir-dua mərasiminin avqustun 15-də – Müqəddəs Məryəmin Göyə yüksəlişi bayramında keçirilməsi planlaşdırılır. Hazırda tikintidə son tamamlama işləri görülür.
 

Heykəlin inşası Polşa cəmiyyətində birmənalı qarşılanmayıb. Bir qrup insan bunu ölkənin dini irsi üçün mühüm hadisə hesab etsə də, digərləri milyonlarla avronun xəstəxana və ya uşaq evlərinin tikintisinə sərf edilməsinin daha məqsədəuyğun olacağını bildirirlər.


Yerli hakimiyyət isə hesab edir ki, 55 metrlik abidə bölgəni iri ziyarət və turizm mərkəzinə çevirəcək, yeni iş yerləri yaradacaq və investisiyaların cəlbinə kömək edəcək.

Qeyd edək ki, Konotopedəki abidə dünyanın ikinci ən hündür Məryəm heykəlidir. Birinci yerdə isə Filippində yerləşən 98 metrlik “Asiyanın Anası” monumenti qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin