Ukraynanın Lvov şəhərində raket hücumundan sonra dağılan yaşayış binasında axtarış-xilasetmə işləri davam edir.
Bizim.Media xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Lvov vilayəti üzrə mətbuat katibi dağıntılar altından iki nəfərin sağ çıxarıldığını açıqlayıb.
Bildirilib ki, binanın dağıntıları altında hələ də insanların qala biləcəyi ehtimal olunur. Hadisə yerində xilasedicilər axtarış-xilasetmə əməliyyatlarını davam etdirir, onlara yerli sakinlər də dağıntıların təmizlənməsində kömək edirlər.
Xatırladaq ki, daha əvvəl Lvov meri Andriy Sadovıy Paton küçəsində yerləşən yaşayış binasının dağıntıları altında insanların qaldığını və ilkin məlumata görə, 6 nəfərin xəsarət aldığını bildirmişdi.


Bizim.Media




































































































