ABŞ aviazərbələri nəticəsində İranın bir neçə bölgəsində, xüsusilə cənub hissəsində partlayış səsləri eşidilib.
Bizim.Media "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, təkcə 3 partlayış Qeşm adasında, xüsusilə şəhərdə, həmçinin Kiş, Əbu Musa adasında baş verib.
ABŞ-nin Qeşm şəhərində yerləşən yaşayış binasına endirdiyi zərbədən sonra bir neçə nəfərin dağıntılar altında qaldığı bildirilir. Onlardan ikisi xəstəxanaya yerləşdirilib. Hazırda yerli qurumların əməkdaşları digər şəxslərin dağıntılar altından çıxarılmasına çalışır.
Bununla yanaşı, Buşehrdə də partlayışlar baş verib. Həmçinin liman şəhəri olan Bəndər Abbasda 2 partlayış olduğu deyilir.
Bundan başqa, Xuzistan vilayətinin Əhvaz, Şadegan, Arvəndkənar və Abadan şəhərlərindəki bir neçə məntəqədə ABŞ zərbələri qeydə alınıb.
Bizim.Media




































































































