ABŞ Senatı Cey Kleytonun Milli Kəşfiyyatın direktoru vəzifəsinə təyin olunması ilə bağlı prosedur səsverməsində onun namizədliyini dəstəkləyib.
Bizim.Media xəbər verir ki, bu barədə C-SPAN telekanalı Senatın iclasına istinadən məlumat yayıb.
Səsvermənin nəticələrinə görə, müzakirələrin dayandırılması və namizədliyin təsdiqi üzrə yekun səsverməyə keçid üçün 51 senator lehinə, 43 senator isə əleyhinə səs verib.
Kleytonun namizədliyi üzrə yekun səsvermənin iyulun 29-da keçirilməsi gözlənilir.
ABŞ Prezidenti Donald Tramp iyunun 11-də Cey Kleytonu Milli Kəşfiyyatın direktoru vəzifəsinə namizəd göstərmişdi. O, daha əvvəl ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) rəhbərlik edib.
Qeyd edək ki, Milli Kəşfiyyatın direktoru ABŞ-də fəaliyyət göstərən 18 kəşfiyyat qurumunun işini əlaqələndirən əsas vəzifəli şəxs hesab olunur.
İyulun 21-də Senatın Kəşfiyyat üzrə Xüsusi Komitəsi də Kleytonun namizədliyinin təsdiqlənməsini tövsiyə etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:34 / 28.07.2026
Cey Kleyton Milli Kəşfiyyatın direktoru təyin olundu - ABŞ Senatı dəstəklədi
Hazırda oxunan: Cey Kleyton Milli Kəşfiyyatın direktoru təyin olundu - ABŞ Senatı dəstəklədi
Hazırda oxunan: Cey Kleyton Milli Kəşfiyyatın direktoru təyin olundu - ABŞ Senatı dəstəklədi
627975
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































