ABŞ-da qalmaqallı etiraf: Qadın qızının nişanlısı ilə münasibətindən danışdı

Hazırda oxunan: ABŞ-da qalmaqallı etiraf: Qadın qızının nişanlısı ilə münasibətindən danışdı

627938

ABŞ-da yaşayan 55 yaşlı qadının ailə həyatı ilə bağlı etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə Daily Star məlumat yayıb.

Nəşrin yazdığına görə, Amanda adlı qadın qızının nişanlısı ilə münasibətdə olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu qərar tərəflərin qarşılıqlı razılığı əsasında qəbul edilib və həm həyat yoldaşı, həm də qızı vəziyyətdən xəbərdar olub.

Amanda bildirib ki, ideya gələcək kürəkənindən gəlib. O, gəncin yaşca böyük qadınlara maraq göstərdiyini və bu istəyini həyata keçirməyi təklif etdiyini deyib.

Qadın qeyd edib ki, artıq 15 ildir svinger həyat tərzi (uzunmüddətli münasibətdə və ya evli olan cütlüklərin qarşılıqlı razılıq əsasında başqa şəxslərlə cinsi münasibət qurmasını nəzərdə tutan həyat tərzi - red.) yaşayır və son dörd ildə böyüklər üçün kontent hazırlayır. Onun sözlərinə görə, ailəsi bu həyat tərzini qəbul edir və münasibətlər qarşılıqlı etimada əsaslanır.

Amanda yaş fərqinin onun üçün əhəmiyyət daşımadığını vurğulayıb. O bildirib ki, indiyədək 24 yaşdan 72 yaşadək müxtəlif yaş qruplarından olan insanlarla münasibətdə olub.

Qadının sözlərinə görə, cəmiyyətdə svinger həyat tərzi ilə bağlı formalaşmış stereotiplər həqiqəti tam əks etdirmir və bu münasibətlərdə əsas prinsiplər qarşılıqlı razılıq, açıq ünsiyyət və təhlükəsizlikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin