Yelenovka faciəsinin 4-cü ildönümü: 50-dən çox ukraynalı əsir həlak olmuşdu – VİDEO

Hazırda oxunan: Yelenovka faciəsinin 4-cü ildönümü: 50-dən çox ukraynalı əsir həlak olmuşdu – VİDEO

627928

Bu gün Rusiyanın Donetsk vilayətinin işğal altındakı Yelenovka qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsində baş vermiş faciənin dördüncü ildönümüdür.

Bizim.Media xəbər verir ki, 2022-ci il iyulun 28-dən 29-na keçən gecə Yelenovkadakı 120 saylı koloniyada baş vermiş partlayış nəticəsində 50-dən çox ukraynalı hərbi əsir həlak olub.

Həlak olanların əksəriyyəti Mariupol və "Azovstal"ın müdafiəsində iştirak etdikdən sonra əsir götürülmüş ukraynalı hərbçilər idi. Onlar mübadilə gözlədikləri vaxt hadisə baş verib.
 

Rusiya tərəfi hadisəyə görə Ukraynanı ittiham etsə də, sonradan aparılan beynəlxalq araşdırmalar bu versiyanı təsdiqləməyib. BMT-nin missiyası da hücumun Ukraynanın istifadə etdiyi silahlarla həyata keçirildiyinə dair sübut tapmadığını açıqlamışdı.


Rəsmi Kiyev Yelenovkadakı partlayışı hərbi əsirlərə qarşı törədilmiş müharibə cinayəti kimi qiymətləndirir və hadisənin bütün təfərrüatlarının beynəlxalq səviyyədə araşdırılmasını tələb edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin