Ukraynanın Müdafiə Strategiyaları Mərkəzinin eksperti, ehtiyatda olan 1-ci dərəcəli kapitan Andrey Rijenko bildirib ki, Ukrayna Rusiya üçün hərbi yük, o cümlədən “Shahed” dronları daşıyan İran gəmilərini hədəfə alacaq.
Bizim.Media xəbər verir ki, Rijenko qeyd edib ki, Xəzər dənizi Rusiya üçün strateji əhəmiyyət daşıyır.
Burada yerləşən hərbi və neft infrastrukturu Moskvanın müharibə imkanlarını dəstəkləyir və bu obyektlərə endirilən zərbələr Rusiyanın hərbi büdcəsinə ciddi təsir göstərir.
O bildirib ki, Ukrayna artıq İranın Rusiyaya hərbi texnika daşıyan gəmilərinə qarşı əməliyyatlar həyata keçirib.
Ekspert İranı Rusiyanın əsas hərbi tərəfdaşlarından biri adlandıraraq bildirib ki, Tehran uzun müddətdir Moskvanı dron və texnologiyalarla təmin edir.
Rijenko sonda bildirib ki, Ukrayna İran və Rusiyanın hərbi logistikasını hədəfə almağa davam edəcək:
“Əgər bu dronlar daşınma zamanı məhv edilməsə, onlar bizim şəhərlərimizə uçacaqlar. Buna görə də bu cür əməliyyatlar davam edəcək”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:18 / 28.07.2026
Ekspert: “Shahed” daşıyan İran gəmiləri Ukrayna üçün qanuni hədəfdir
Hazırda oxunan: Ekspert: “Shahed” daşıyan İran gəmiləri Ukrayna üçün qanuni hədəfdir
Hazırda oxunan: Ekspert: “Shahed” daşıyan İran gəmiləri Ukrayna üçün qanuni hədəfdir
627924
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































