Belqorod vilayətində sərnişin avtobusuna hücum: 19 nəfər xəsarət aldı

Hazırda oxunan: Belqorod vilayətində sərnişin avtobusuna hücum: 19 nəfər xəsarət aldı

627922

Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində sərnişin avtobusuna edilən hücum nəticəsində 19 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, ilkin məlumata görə, yaralılardan altısının vəziyyəti ağır qiymətləndirilir.

Vilayət rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən şəxsin sözlərinə görə, hücum nəticəsində sərnişin avtobusu, yük avtomobili və bir minik maşınına da ziyan dəyib.

Hadisə ilə bağlı əlavə araşdırma aparılır. Hücumun hansı vasitə ilə həyata keçirildiyi və digər təfərrüatlar barədə hələlik rəsmi məlumat verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin