Zaxarova Qarabağ münaqişəsini yenə yada saldı: KTMT müdaxilə edə bilməzdi

Hazırda oxunan: Zaxarova Qarabağ münaqişəsini yenə yada saldı: KTMT müdaxilə edə bilməzdi

627914

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağ münaqişəsinə müdaxilə etmək üçün hüquqi əsaslara malik deyildi.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, vaxtilə Ermənistan KTMT mexanizmlərinin işə salınmasını istəsə də, söhbət Ermənistanın özü tərəfindən nə öz ərazisi, nə də müstəqil dövlət kimi tanınmayan Qarabağdan gedirdi.
 

“Ermənistan deyirdi ki, gəlin KTMT mexanizmini işə salaq. Amma bu, hansı ərazi ilə bağlı olmalı idi? Dağlıq Qarabağla? Ermənistanın özü həmin ərazini nə özünün tərkib hissəsi, nə də müstəqil dövlət kimi tanıyırdı”, – Zaxarova bildirib.

 

Rusiya XİN sözçüsü vurğulayıb ki, belə şəraitdə KTMT-nin kollektiv müdafiə mexanizmlərini tətbiq etmək mümkün deyildi.

Onun sözlərinə görə, təşkilatın nizamnaməsinə əsasən, kollektiv müdafiə öhdəlikləri yalnız üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı təcavüz hallarında qüvvəyə minə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin