Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfəri çərçivəsində ilk görüntülərini paylaşıb.
Bizim.Media xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında səfərin əsas məqsədini açıqlayıb.
“Bir nömrəli prioritetimiz raketdən müdafiə sistemi və Amerika ilə strateji əməkdaşlıqdır. Sülh daha da yaxınlaşmalıdır”, – deyə Ukrayna lideri bildirib.
Qeyd edək ki, Zelenskinin ABŞ Prezidenti Donald Trampla görüşü gözlənilir. ABŞ mediasının məlumatına görə, Ukrayna liderinin ABŞ Senatının üzvləri ilə də görüşü planlaşdırılıb.
Görüşlərdə Ukraynaya hərbi dəstək, hava hücumundan müdafiə sistemləri və Rusiyaya qarşı yeni sanksiyaların müzakirə ediləcəyi bildirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:11 / 28.07.2026
Zelenski ABŞ-a çatdı: “Prioritetimiz Amerika ilə strateji əməkdaşlıqdır” – VİDEO
Hazırda oxunan: Zelenski ABŞ-a çatdı: “Prioritetimiz Amerika ilə strateji əməkdaşlıqdır” – VİDEO
Hazırda oxunan: Zelenski ABŞ-a çatdı: “Prioritetimiz Amerika ilə strateji əməkdaşlıqdır” – VİDEO
627894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































