Braziliyada Liberal Partiyasının qurultayına etdiyi səfərdən sonra hüquqşünaslar Argentina Prezidenti Xavyer Mileyə qarşı məhkəmə iddiası qaldırıblar.
Bizim.Media xəbər verir ki, bu barədə "Ambito" qəzeti məlumat yayıb.
İddia müəllifləri dövlət başçısının Braziliya müxalifətinin tədbirində iştirak etmək üçün prezident təyyarəsindən və dövlət vəsaitlərindən istifadə etdiyini qeyd ediblər.
"Dövlət resurslarından siyasi məqsədli maraqlar naminə təyinatdan kənar istifadə edilib və bu, həmçinin ikitərəfli diplomatik münasibətlərə ciddi zərər vurub", — deyə iddia ərizəsində bildirilib.
Miley iyulun 25-də partiya qurultayında çıxış edib. Yarım saatlıq çıxışında Argentina Prezidenti braziliyalı həmkarı Luis İnasio Lula da Silvaya və Respublika Ali Məhkəməsinin sədri Aleksandr de Moraisə qarşı təhqiramiz şəxsi hücumlar edib.
İyulun 26-da Braziliya XİN öz səfirini Buenos-Ayresdən geri çağırıb. Nazirlik Argentina liderinin ifadələrini Braziliya Prezidentinə, onun məhkəmə hakimiyyətinə və bütün Braziliya xalqına qarşı "təhqir" kimi qiymətləndirib.
Bizim.Media






































































































