“Heç kim mənə Türkiyəyə təyyarə satıb-satmamaq barədə göstəriş verməyəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyə ilə "F-35" qırıcılarının satınalma müqaviləsinə qarşı çıxmasına cavab olaraq bildirib.
Bununla belə, o qeyd edib ki, ABŞ və İsrailin İrana münasibətdə mövqeləri "olduqca yaxındır".
"İranla yaxşı danışıqlarımız gedir, hər hansı bir nəticənin əldə olunma ehtimalı olduqca yüksəkdir", — deyə Tramp izah edib.
O bəyan edib ki, cümə günü zərbələri dayandırmaq qərarına gəlib, çünki Birləşmiş Ştatlar ilə İran arasında vasitəçilik edən ölkələr, eləcə də digər Yaxın Şərq dövlətləri ondan danışıqlar üçün daha bir şans verməsini xahiş ediblər.
"İranla danışıqlarda iştirak edən hər kəs məndən xahiş etdi ki, atəş açmayın", — deyə Tramp vurğulayıb.
O əlavə edib ki, zərbələri dayandırdıqdan sonra neft qiymətləri düşüb, fond birjaları isə yüksəlib.
Bizim.Media



































































































