İyulun 27-də Günəşdə “M” sinfindən olan güclü alışma qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
“İyulun 27-də saat 05:43-də (Bakı vaxtı ilə 06:43) 4494 ləkələr qrupunun rentgen diapazonunda 16 dəqiqə davamlılıqda M1.0 alışması qeydə alınıb”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Günəş alışmaları(partlayışları) rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:14 / 27.07.2026
Günəşdə güclü partlayış baş verdi
Hazırda oxunan: Günəşdə güclü partlayış baş verdi
Hazırda oxunan: Günəşdə güclü partlayış baş verdi
627788
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































