Türkmənistan Xarici İşlər Nazirliyi Xəzər dənizində gəmilərə qarşı həyata keçirilən hücumların yolverilməz olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkmənistan XİN-in yaydığı açıqlamada bildirilib.
"Türkmənistan Xəzəryanı dövlət və BMT tərəfindən tanınmış daimi neytral statusa malik ölkə kimi vurğulayır ki, Xəzər dənizi sülh, qarşılıqlı anlaşma və mehriban qonşuluq dənizidir", – deyə bəyanatda qeyd olunub.
Rəsmi Aşqabad Xəzər regionunda sabitliyin və təhlükəsizliyin qorunmasının bütün sahilyanı dövlətlərin ümumi maraqlarına xidmət etdiyini vurğulayıb.
Bizim.Media


































































































