Beynəlxalq Kosmik Stansiyada 241 günlük missiyanı başa vuran “Soyuz MS-28” pilotlu kosmik gəmisinin beynəlxalq ekipajı Yerə qayıdıb.
Bizim.Media Kazinform agentliyinə istinadla xəbər verir ki, eniş aparatı Qazaxıstan çöllərində, Jezkazqan şəhərindən 147 kilometr cənub-şərqdə yerə enib.
Yerə “Roskosmos”un kosmonavtları Sergey Kud-Sverçkov və Sergey Mikayev, həmçinin NASA-nın astronavtı Kristofer Uilyams qayıdıblar.
Eniş normal rejimdə həyata keçirilib. Ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğu bildirilir.
Missiya 2025-ci il noyabrın 27-də “Baykonur” kosmodromundan start götürüb. Ekipaj 241 gün ərzində Yerin ətrafında 3856 dövrə vuraraq 164 milyondan çox kilometr məsafə qət edib.

Bizim.Media

- A-
- A
- A+
Dünya
19:44 / 26.07.2026
“Soyuz MS-28” gəmisinin beynəlxalq ekipajı Yerə qayıtdı - FOTO
Hazırda oxunan: “Soyuz MS-28” gəmisinin beynəlxalq ekipajı Yerə qayıtdı - FOTO
Hazırda oxunan: “Soyuz MS-28” gəmisinin beynəlxalq ekipajı Yerə qayıtdı - FOTO
627613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































