ABŞ-nin iyunun 27-dən bəri hava hücumları nəticəsində 53 nəfər ölüb, 592 yaralı var.
Bizim.Media xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin iyulun 22-də “X” sosial media hesabında dərc olunmuş açıqlamasında bildirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya mərkəzinin rəhbəri Hüseyn Kirmanpur bildirib ki, itkilər 27 iyun saat 8:30-dan 22 iyul saat 05:30-dək qeydə alınıb.
O əlavə edib ki, yaralanan 535 nəfər tibbi yardım aldıqdan sonra evə buraxılıb, 36 nəfər xəstəxanada qalıb, 21 nəfər isə hadisə yerində müalicə alıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:31 / 22.07.2026
ABŞ-nin hücumları nəticəsində İranda ölənlərin STATİSTİKASI
Hazırda oxunan: ABŞ-nin hücumları nəticəsində İranda ölənlərin STATİSTİKASI
Hazırda oxunan: ABŞ-nin hücumları nəticəsində İranda ölənlərin STATİSTİKASI
626885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































