Ukraynada kafe, restoran, mağaza və xidmət sahələrində rus musiqisinin səsləndirilməsinə görə 170 min qrivnaya qədər cərimənin tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlanıb.
Bizim.Media xəbər verir ki, müvafiq qanun layihəsi Ukrayna Ali Radasında qeydiyyata alınıb.
Sənədə əsasən, ictimai iaşə obyektləri, ticarət məkanları və xidmət müəssisələrində rus musiqisinin səsləndirilməsinə görə sahibkarlar və məsul şəxslər yüksək məbləğdə maliyyə sanksiyası ilə üzləşə bilərlər.
Qeyd edək ki, qanun layihəsi hələ qəbul edilməyib və qüvvəyə minməsi üçün Ali Radada müzakirə olunaraq səsvermədən keçməlidir.
Bizim.Media

































































































