ABŞ maliyyəçisi Ceffri Epşteynlə sıx əlaqələrdə şübhəli bilinən model agenti Daniel Siad Fransada yaşadığı evdə ölü tapılıb.
Bizim.Media xəbər verir ki, hadisə Fransanın Kolomb kommunasında baş verib.
İstintaqın məlumatına görə, Siad gənc qız və qadınları Epşteyn üçün təmin edən şəxs olub. ABŞ Ədliyyə Nazirliyinin məhkəmə sənədlərində onun adı 2 mindən çox dəfə hallanır.
Daniel Siadın meyiti iyulun 20-də aşkar edilib. Hazırda Fransa hüquq-mühafizə orqanları ölümün səbəbini müəyyənləşdirmək üçün araşdırma aparır. Hadisənin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Bizim.Media

































































































