Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisinin adı AÇIQLANDI – FOTO

Hazırda oxunan: Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisinin adı AÇIQLANDI – FOTO

626837

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor İqor Skibyuk olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
 

Onun sözlərinə görə, qərar yeni Baş komandan Mixail Drapatı və Yevgeni Xmara ilə birlikdə qəbul edilib. Zelenski Skibyuku Ukraynanın müdafiəsində Drapatı ilə çiyin-çiyinə döyüşmüş təcrübəli hərbçi kimi xarakterizə edib.


Prezident, həmçinin Aleksandr Sırski və Andrey Qnatovun gələcək xidmət formatının da müəyyənləşdirildiyini açıqlayıb.

Zelenski vurğulayıb ki, Silahlı Qüvvələrin müdafiə tapşırıqlarını yerinə yetirmək qabiliyyətinin təmin olunması üçün effektiv və praktik səfərbərlik prosesi prioritet olaraq qalır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin