ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukraynadakı müharibə Vaşinqtonla Moskva arasında digər sahələr üzrə əməkdaşlığa mane olur.
Bizim.Media xəbər verir ki, o, qeyd edib ki, münaqişənin başa çatması həm Rusiya, həm də beynəlxalq təhlükəsizlik baxımından vacibdir.
Rubionun sözlərinə görə, ABŞ müharibənin dayandırılması istiqamətində konstruktiv rol oynamağa hazırdır.
Bununla yanaşı, dövlət katibi vurğulayıb ki, ABŞ Rusiya hökuməti ilə əlaqələri davam etdirməlidir.
“Biz və Rusiya planetin iki ən böyük nüvə dövlətik. Bir-birimizlə danışmamaq bizim tərəfdən düşünülməmiş və məsuliyyətsiz addım olardı. Rusiya hökuməti ilə münasibətləri qoruyub saxlamalıyıq”, – deyə Rubio bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:04 / 22.07.2026
Rubio: Ukraynadakı müharibə Vaşinqtonla Moskva arasında əməkdaşlığa mane olur – VİDEO
Hazırda oxunan: Rubio: Ukraynadakı müharibə Vaşinqtonla Moskva arasında əməkdaşlığa mane olur – VİDEO
Hazırda oxunan: Rubio: Ukraynadakı müharibə Vaşinqtonla Moskva arasında əməkdaşlığa mane olur – VİDEO
626831
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































