ABŞ Venesuela neftinin satışından milyardlarla dollar qazandı – FOTO

Hazırda oxunan: ABŞ Venesuela neftinin satışından milyardlarla dollar qazandı – FOTO

626820

ABŞ Venesuela neftinin ixracına nəzarəti ələ keçirdikdən sonra təxminən 13 milyard dollar gəlir əldə edib. Lakin bu vəsaitin böyük hissəsinin hara yönəldiyi hələ də məlum deyil.

Bizim.Media xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

Nəşrin yazdığına görə, Vaşinqton əvvəlcə əldə olunan gəlirlərin Venesuela üçün etibarlı idarəetmədə saxlanılacağını bildirmişdi. Sonradan isə ABŞ rəsmiləri bununla bağlı bir-birinə zidd açıqlamalar veriblər.
 

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən “böyük pullar qazandığını” bəyan edib. Dövlət Departamenti isə milyardlarla dolların ciddi nəzarət altında Karakasa qaytarıldığını iddia edib.


Bununla belə, açıq rəsmi sənədlərdə cəmi 300 milyon dolların taleyi əks olunub.

İqtisadçıların fikrincə, Venesuela iqtisadiyyatının zəif bərpası neft satışından əldə olunan gəlirlərin əhəmiyyətli hissəsinin ölkəyə çatmadığını göstərir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin