CNN: Trampın müraciəti olarsa, İsrail İrana qarşı müharibəyə qoşulacaq

Hazırda oxunan: CNN: Trampın müraciəti olarsa, İsrail İrana qarşı müharibəyə qoşulacaq

626818

ABŞ Prezidenti Donald Trampın birbaşa müraciəti olacağı təqdirdə İsrail İrana qarşı hərbi əməliyyatlara qoşula bilər.

Bizim.Media xəbər verir ki, bu barədə CNN anonim israilli mənbələrə istinadən məlumat yayıb.

Vaşinqton hələlik İsraildən Hörmüz boğazında aparılan əməliyyata qoşulmasını istəməyib.
 

Mənbələrdən birinin sözlərinə görə, əgər Tramp zərbələrin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirmək qərarına gəlsə və İsraili əməliyyata qoşulmağa çağırsa, Təl-Əviv buna hazır olacaq.


Bildirilib ki, hazırda İsrail ABŞ-la İran arasında münaqişənin daha da genişlənəcəyi ehtimalını nəzərə alaraq müxtəlif əməliyyat planları hazırlayır. Bununla belə, ölkə hələlik qarşıdurmadan kənarda qalır və müharibəyə qoşulmağı planlaşdırmır.

Eyni zamanda, İsrail Müdafiə Ordusunun (SAXAL) rəhbərliyi vurğulayıb ki, ölkə döyüş əməliyyatlarını istənilən vaxt dərhal bərpa etməyə tam hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin