Böyük Britaniyanın sabiq baş naziri Boris Conson yeni baş nazir Endi Börnhemin Edvard Milibəndi xarici işlər naziri təyin etməsini kəskin tənqid edib.
Bizim.Media xəbər verir ki, Conson Leyboristlər Partiyasının keçmiş lideri Milibəndi Ukraynadakı müharibəyə görə məsul şəxslərdən biri adlandırıb.
Onun sözlərinə görə, Milibəndin vaxtilə Suriya prezidenti Bəşər Əsədə qarşı qətiyyətli mövqe sərgiləməməsi Vladimir Putinin Ukraynaya ilk müdaxiləsinə zəmin yaradıb.
Conson X sosial şəbəkəsində yazıb:
"Bəşər Əsədə qarşı qətiyyətsizlik, buna görə Milibənd böyük məsuliyyət daşıyır, Putinin Ukraynaya ilk müdaxiləsinə gətirib çıxardı. Xarici işlər naziri postu üçün dəhşətli seçimdir. Kreml bu təyinatdan məmnun qalacaq."
Milibənd bazar ertəsi yeni hökumətin formalaşdırılması çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri vəzifəsinə başlayıb.
Eyni zamanda, KİV-də yayılan məlumatlara görə, Ağ Ev bu təyinatdan ciddi narahatdır və ABŞ administrasiyası Britaniya hökumətini belə qərardan çəkindirməyə çalışıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:48 / 22.07.2026
Boris Conson Britaniyanın yeni Baş nazirini ittiham etdi: “Kreml sənin təyinatına sevinəcək”
Hazırda oxunan: Boris Conson Britaniyanın yeni Baş nazirini ittiham etdi: “Kreml sənin təyinatına sevinəcək”
Hazırda oxunan: Boris Conson Britaniyanın yeni Baş nazirini ittiham etdi: “Kreml sənin təyinatına sevinəcək”
626771
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































